“Sabah”ın idman direktoru: "Sloveniya komandası ilə oyunlarda şansları bərabər qiymətləndirirəm"

“Sabah”ın idman direktoru: "Sloveniya komandası ilə oyunlarda şansları bərabər qiymətləndirirəm"

“Sabah”ın idman direktoru İqor Ponomaryov komandanın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Sele” (Sloveniya) ilə oyunlarda şansları dəyərləndirib.

O, bu barədə “QELEBE.AZ”a açıqlama verib.

Klub rəsmisi yaxın günlərdə hazırlıqlara başlayacaqlarını bildirib:

“Həm baş məşqçi təyinatı, həm də təlim-məşq toplanışı ilə bağlı yaxın vaxtlarda məlumat verəcəyik”.

O, yeni transferlərin gözlənildiyini söyləyib:

“Seleksiyaçılarımız yaxşı işlər görüblər. İnanıram ki, yeni transferlər komandanı gücləndirəcək”.

İ.Ponomaryov UEFA Avropa Liqasındakı potensial rəqiblər haqqında da danışıb:

“İstər "Sele", istərsə də bu cütün qalibi ilə oynayacaq "Partizan" və ya AEK kifayət qədər güclüdürlər. Ümumiyyətlə, Avropa arenasında iştirak edən klublar öz ölkələrində mövsümün ən yaxşılarından olublar. "Partizan"la 2 il öncə qarşılaşmışdıq və penaltilər seriyasında məğlub olmuşduq. Hazırda yalnız Sloveniya komandası ilə oyunlar haqqında düşünürük. Şansları bərabər qiymətləndirirəm”.

Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək. Komanda məğlub olacağı təqdirdə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Matçlar iyulun 24-ü və 31-də baş tutacaq.

Futbol
Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Futbol
"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

Futbol
"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

Futbol
“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Futbol
Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Futbol
Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Futbol
Futzal liqalarında püşkatmanın vaxtı bəlli olub

Futzal liqalarında püşkatmanın vaxtı bəlli olub

Futbol
Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Futbol
DÇ-2022-də stadionun sökülməsinə başlanılıb

DÇ-2022-də stadionun sökülməsinə başlanılıb

Futbol
Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb