Klublararası dünya çempionatının oyunu əlverişsiz hava şəraiti səbəbindən yarımçıq qalıb
Klublararası dünya çempionatında qrup mərəhləsinin II turunda qarşılaşan Braziliyanın “Palmeyras” və Misirin “Əl-Əhli” klublarının oyunu əlverişsiz hava şəraiti səbəbindən yarımçıq qalıb.
"QELEBE.AZ"un məlumatına görə, ABŞ-də baş tutan A qrupunun görüşü ikinci hissədə dayandırılıb.
Həmin vaxt "Palmeyras" hesabda 2:0 öndə olub.
Qeyd edək ki, daha əvvəl “Paçuka” (Meksika) və “Zaltsburq” (Avstriya) klubları arasında reallaşan I turun matçı əlverişsiz hava səbəbindən yarımçıq saxlanılıb. “Ulsan” (Cənubi Koreya) – “Mamelodi Sandaunz” (Cənubi Afrika) matçı isə tufana görə 1 saat ləngiyib.

https://qalaba.az//uploads/photo/klublararasi-dunya-chempionatinin-oyunu-elverishsiz-hava-sheraiti-sebebinden-yarimchiq-qalib.webp











