Yığmamız beynəlxalq turnirdə çempion olub
Qazaxıstanın Atrau şəhərində 14 yaşa qədər oğlanlar arasında "Airom Cup" beynəlxalq basketbol turnirinin final oyunu baş tutub.
QELEBE.AZ xəbər verir ki, final görüşünə vəsiqə qazanmış U-14 yığmamız finalda Gürcüstanın "Kutaisi" komandası ilə qarşılaşıb və rəqibinə 64-41 hesabı ilə qalib gəlib.
Bütün rəqibləri üzərində inamlı qələbələr əldə etmiş U-14 yığmamız "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.

https://qalaba.az//uploads/photo/yigmamiz-beynelxalq-turnirde-chempion-olub.webp