Kuytın yeni ünvanı bəlli olub
Belçikanın “Beerşot” klubundan ayrılan Dirk Kuytın yeni ünvanı məlum olub.
QELEBE.AZ xəbər verir ki, niderlandlı mütəxəssis ölkəsində işləyəcək.
O, “Dortrext” klubuna baş məşqçi təyin ediləcək. Razılaşmanın müddəti 1 illik olacaq.
Kuyt “Beerşot”dan əvvəl “Feyenoord”un U-19 komandasında və “Den Haq” klubunda işləyib.

https://qalaba.az//uploads/photo/kuytin-yeni-unvani-belli-olub.webp