"Ayaks"da yeni müqavilə - RƏSMİ
"Ayaks" niderlandlı futbolçu Deyvi Klaassenlə yeni müqavilə imzalayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Klaassen "Ayaks"ın yetirməsidir. O, indiyədək İtaliyanın "İnter", Almaniyanın "Verder" və İngiltərənin "Everton" klublarında da çıxış edib.

https://qalaba.az//uploads/photo/quotayaksquotda-yeni-muqavile-resmi.webp