Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında qazandığımız uğuru EYOF-da təkrarlamaq istəyirik"

Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında qazandığımız uğuru EYOF-da təkrarlamaq istəyirik"

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis bu barədə "QELEBE.AZ"a açıqlama verib.

O, komandanın üç qızıl medalla oğlarlar arasında birinci yeri tutması ilə bağlı danışıb:

"50, 55 və 60 kq çəki dərəcələrində idmançıların uğurlu çıxış edəcəyini gözləyirdik. Anar Quliyev, Rəsul Əlizadə və Zeyd Ələsgərovu çempionluğa namizəd görürdük. 55 kq-da güclü rəqibimiz də var idi. Rusiyalı Aleksey Taptıqin son dünya çempionudur. Qubada keçirilmiş Avropa Kubokunda da qızıl medal əldə edib və finalda Rəsul Əlizadəyə qalib gəlmişdi. Amma bu dəfə yarımfinalda İtaliya təmsilçisinə uduzdu. Rəsul finalda rəqibinə qalib gələrək Avropa çempionu oldu".

E.İskəndərov 50 kq-da Anar Quliyevin komandada ən yaxşı güləşən cüdoçulardan biri olduğunu söyləyib:

"O, Aleksey Toptıqinin kiçik qardaşı İlya Taptıqini məğlub etdi. Şansların bərabər olduğunu düşünürdük, amma Anar rəqibini üstələdi. 60 kq-da Zeyddən də qalibiyyət gözləyirdik. Digər çəkilərdəki idmançıların da ən azı bürünc mükafat əldə edəcəklərinə ümid edirdik. Çox təəssüf ki, birinci görüşdə texniki səhvlərinə görə uduzdular. Öndə olduqları qarşılaşmalarda texniki səhvə görə yenildilər. 81 və +90 kq-da əsas idmançılarımız yarışda iştirak edə bilmədilər. Amin Mehdiyevin (81 kq) ayağında yüngül zədə olduğu üçün onu turnirə aparmamaq qərarına gəldik. Ötən il Avropa ikincisi olan Sübhan Axundov (+90 kq) isə imtahanı ilə əlaqədar Avropa çempionatına gedə bilmədi. Həmin cüdoçuların iştirak etməməsi iki medaldan məhrum olmağımıza səbəb oldu".

Baş məşqçi iyulda eyni şəhərdə Avropa Gənclər Olimpiya Festivalında (EYOF) iştirak edəcəklərini xatırladıb:

"Avropa çempionatında qazandığımız uğuru EYOF-da da təkrarlamaq istəyirik. Burada da yaxşı nəticələr qazanmaq şansımız yüksəkdir. Avqustun sonunda isə Bolqarıstandakı dünya çempionatına yollanacağıq. Avropa çempionatından sonra uşaqlara tapşırıqlarımızı verdik. Avropa çempionatının son olmadığını söylədik. Həmin nəticəni mundialda da təkrarlamaq lazımdır. Əlbəttə, çətindir. Çox gərgin görüşlər keçəcək. Amma hər şey hazırlıqdan asılıdır. Avropa çempionatındakı səhvlərin üzərində çalışacağıq".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında fərdi yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb. Yığmanın heyətində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal əldə ediblər.

Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub.

Fərdi
Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Fərdi
Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Fərdi
Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub