"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.

"Report" Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir ki, komanda Niderland, Ukrayna və Avstriya təmsilçiləri ilə qarşılaşacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq. İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma Bakı vaxtı ilə 19:30-da başlayacaq.

Dörd gün sonra “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar Bakı vaxtı ilə saat 17:00 və 19:15-də start götürəcək.

İyulun 15-də baş tutacaq son matç “Zaltsburq”a qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmalar Kaprun stadionunda keçiriləcək.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən komanda iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq.

Futbol
“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Futbol
Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Futbol
"Mançester Siti"dən darmadağın, PSJ "Yuventus"a qalib gəlib

"Mançester Siti"dən darmadağın, PSJ "Yuventus"a qalib gəlib

Futbol
FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

Futbol
DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

Futbol
"Barselona"dan ayrılacağını açıqlayan Pike kluba jest edib

"Barselona"dan ayrılacağını açıqlayan Pike kluba jest edib

Futbol
Riçard Almeyda cəzalı duruma düşüb

Riçard Almeyda cəzalı duruma düşüb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Futbol
Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Futbol
PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb