Braziliyalı futzalçı: "Azərbaycanda da futzalın sevildiyini bilirəm"

Braziliyalı futzalçı: "Azərbaycanda da futzalın sevildiyini bilirəm"

"Uzun müddət “Kayrat”da oynamışam. Qazaxıstandakı kimi, burada da futzalın sevildiyini bilirəm. Bizi niyə dəvət etdiklərini də anlayır, məsuliyyətimizi hiss edirik".

"Report"un məlumatına görə, bunu "Araz-Naxçıvan"ın yeni futzalçısı Vitao azfutzal.az-a açıqlamasında deyib.

Braziliyalı hücumçu komandaya uyğunlaşma sarıdan çətinlik çəkdiyini etiraf edib: “Mənim üçün çətindir, çünki fərqli ölkəyə gəlmişəm. Yeni mədəniyyət, mentalitetlə tanış oluram. Eyni zamanda, komandamız da yenidən qurulub. Bildiyim qədərilə ötən il çempion olan heyətdən 4-5 futzalçı qalıb, qalan oyunçularımız heyətə yeni cəlb edilib. Belə olan təqdirdə, adaptasiya olmaq çətinləşir. Ancaq hər birimiz peşəkar futzalçıyıq, ilk dəfə deyil ölkə xaricində çıxış edirik".

Hazırda "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas raunduna hazırlaşır. Bosniya və Herseqovinanın Mostar şəhərində keçiriləcək oyunlarda rəqiblər şəhərin eyniadlı komandası ilə yanaşı, Serbiyanın “Loznika Qrad” və İsveçin “Orebro” komandaları olacaq.

Vitao qarşılarına elit-raunda vəsiqə tapşırığının qoyulduğunu bildirib: "Bilirik ki, qrupdakı rəqiblərimiz də bizim kimi iddialıdır. Onlar da mərhələ adlamaq istəyindədirlər. Amma cəmi bir komanda mübarizəni davam etdirmək hüququ qazanacaq. İndi Avropada asan milli, klub yoxdur. Xüsusilə də klub yarışında çox inkişaf var. Hər kəs heyətini gücləndirib. Ancaq “Araz-Naxçıvan” da Avropanın sayılıb-seçilən, güclü klublarından biridir. Çalışacağıq ki, bu markanın şöhrətini geri qaytaraq, yenidən ən yüksək pillələrdə qərarlaşaq”.

Yeni transfer hazırlıq prosesindən də razılıq ifadə edib: "Avqustda 10 günlük təlim-məşq toplanışımız oldu. Əla şərait yaradıldı. Komanda oteldə məskunlaşdı, hər gün iki məşq keçdik. Daha sonra gün ərzində bir, bəzən isə iki dəfə məşq edirik. Məşq prosesi çox intensiv keçir, baş məşqçi Joze Alesio da Silva taktiki planda nələr etməli olduğumuzu anladır. Əlbəttə, hər birimiz üçün onun dedikləri yenidir. Çünki hər baş məşqçinin özünəməxsus taktiki tapşırıqları olur. Gördüklərimə əsasən deyə bilərəm ki, komandaya işlər yaxşı qurulub".

Qeyd edək ki, əsas raundun oyunları 25 - 30 oktyabrda olacaq.

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Futbol
Messi növbəti "Qızıl top" mükafatı üçün əsas namizəd hesab olunur

Messi növbəti "Qızıl top" mükafatı üçün əsas namizəd hesab olunur

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

Futbol
“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

Futbol
"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Futbol
"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir