“Lankaran Open”in açılış mərasimi keçirilib - FOTO
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" layihəsi “Lankaran Open” festivalı ilə davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün Lənkəranda yarışın açılış mərasimi keçirilib.
Turnirdə 4 ölkə təmsil olunur. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edir.
Qeyd edək ki, "Lankaran Open" İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində rapid və blits turniri də təşkil olunacaq.

https://qalaba.az//uploads/photo/lankaran-openin-achilish-merasimi-kechirilib-foto.webp