Muslera "Estudiantes"də debüt etdi - FİNALDA MƏĞLUB OLDU
"Qalatasaray"dan ayrılıb "Estudiantes" klubuna keçən Fernando Muslera ilk matçına çıxıb.
QELEBE.AZ xəbər verir ki, komanda Argentina Superkubokunun finalında "Velez Sarsfield"ə qarşılaşıb.
"Estudiantes" rəqibinə 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Muslera 2011-ci ildən 2025-ci ilə qədər "Qalatasaray"da çıxış edib. O, 14 mövsüm ərzində ümumilikdə 550 matçda forma geyinib. Muslera "sarı-qırmızılar"la 8 dəfə Superliqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə Superkubokun qalibi olub.

https://qalaba.az//uploads/photo/muslera-quotestudiantesquotde-debut-etdi-finalda-meglub-oldu.webp