Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

"Sevindirici haldır ki, 84 kq-dan yuxarı çəki dərəcəsində artıq 2 azərbaycanlı güclülərdən sayılır".

Bunu "QELEBE.AZ"a müsahibəsində Ukrayna millisinin karateçisi Rizvan Talıbov deyib.

Milliyyətcə azərbaycanlı olan dördqat Avropa mükafatçısı 2 - 4 sentyabrda Bakıda keçirilmiş Premyer Liqa turnirində bürünc medal qazanıb. Talıbov doğma vətənində ilk medalı əldə etməsi ilə bağlı sevinc hissləri keçirdiyini bildirib: "Bakıya gələrkən, bilirdim ki, xeyli dəstək görəcəyəm. Belə də oldu. Yaxınlarım da arenaya gəlmişdilər. Bakıda ilk dəfə döyüşürdüm. Sevinirəm ki, buradakı debüt yarışımı medalla başa vurdum. Buna görə çox xoşbəxtəm".

Yarış zamanı azərbaycanlı karateçilərlə üz-üzə gəlməyən 24 yaşlı idmançı ən çətin döyüşünü Gürcüstan təmsilçisinə qarşı keçirdiyini diqqətə çatdırıb: "Bu dəfə döyüşdə azərbaycanlılarla qarşılaşmadım. Baxmayaraq ki, öz çəki dərəcəmdə Asiman Qurbanlıdan başqa, Murad Hacızadə də vardı. Son vaxtlar Asimanla tez-tez döyüşürdük, bir dəfə mən, bir dəfə o, qalib gəlirdi. Bu dəfə bir-birimizə rəqib olmadıq. Qrupda Gürcüstan və Hindistandan olan rəqiblərlə qarşılaşdım. Daha sonra Misir karateçisi Taha Mahmuda yarımfinalda uduzdum. Finalda isə türkiyəli idmançıya qalib gələrək, bürünc medal qazandım. Ən çətin döyüşüm Qoqita Arkaniyaya qarşı oldu".

Talıbov onu da bildirib ki, karatenin ən ağır çəki kateqoriyasında artıq Asiman Qurbanlı və özü ən güclülərdən sayılır: "Mənim üçün sevindiricidir ki, bu çəkidə artıq 2 azərbaycanlı güclülərdən sayılır. Bakıdakı yarışda isə medal kürsüsünə 3 azərbaycanlı çıxdı. Asiman qızıl, mən və Murad bürünc medal qazandıq".

Fərdi
ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

Fərdi
Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Fərdi
Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Fərdi
ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

ACF-in baş katibi: "Azərbaycan cüdosuna analitik yanaşma gətirmişik" - MÜSAHİBƏ

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Fərdi
Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Fərdi
Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib