"Neftçi" “Hapoel Təl-Əviv”lə heç-heçə edib - YENİLƏNİB
Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.
Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürən oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunub.
Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.

https://qalaba.az//uploads/photo/quotneftchiquot-hapoel-tel-evivle-hech-heche-edib-yenilenib.webp