"Sabah"ın baş məşqçisi: "Sele" ilə hər iki oyunda bərabər səviyyədə mübarizə getdi"

"Sabah"ın baş məşqçisi: "Sele" ilə hər iki oyunda bərabər səviyyədə mübarizə getdi"

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"la "Sele" arasında baş tutan hər iki görüşdə bərabər mübarizə gedib.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Sloveniya klubu ilə cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqibi təbrik etməyi də unutmayıb:

"Sele"ni növbəti mərhələyə keçməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, hər iki oyunda bərabər səviyyədə mübarizə getdi. Hesab edirəm ki, Bakıdakı oyunun son saniyəsində buraxdığımız qol yadda qalacaq - çünki bu son saniyədə baş verdi. Bigünkü oyuna gəlincə, yalnız futbolçularımı tərifləyə bilərəm. Onların fədakarlıqlarını, mübarizəsini yüksək qiymətləndirirəm. Çünki meydana çıxdıq və ilk qolu biz vurduq. Bu anda nəsə edə biləcəyimizə ümid vardı. "Sele" bizə qarşı sürprizlər hazırlamışdı. Xüsusən də topa sahib olduqları epizodlarda. Bu gün bir dayaq yarımmüdafiəçisi ilə oynadılar. Biz qol vurduqdan sonra ilk hissənin əvvəlində vəziyyəti idarə etməkdə çətinlik çəkdik. Sonra taktiki düzülüşümüzü dəyişib boşluqları bağlamağa çalışdıq. Yenə də rəqib sürətli hücumları ilə bizi geri sıxışdırdı. İlk hissədə hesab 1:1 oldu. Amma yenə deyirəm, duran toplardan buraxdığımız qol təəssüf doğurdu. Buna baxmayaraq əvəzetmələrdən sonra daha aqressiv idik və irəli atılmağa çalışdıq. Nəticədə cəmi 2 dəqiqə ərzində 2 qol vurduq. Amma bəzən geri çəkildik, qapımıza yaxın oynadıq. Yaxşı müdafiə olunduq. Əlavə olunmuş dəqiqələrdə hər şeyimizi ortaya qoysaq da bu kifayət etmədi".

Baş məşqçi komandanın göstərdiyi performansı yüksək dəyərləndirib:

"İndi əsas məqsədimiz tez bir zamanda bərpa olmaq, bu matçdan dərs çıxarmaq və inkişaf etməkdir. Bu iki oyunun bizə çox şey öyrətdiyinə inanıram. Növbəti mərhələyə keçməsək də, göstərdiyimiz performansla fəxr edə bilərik. Bu iki matçın verdiyi dərslər gələcəkdə bizim üçün faydalı olacaq".

Qeyd edək ki, "Sabah" Sloveniya komandasına iki oyunun nəticəsinə görə məğlub (2:3, 3:3) olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Paytaxt klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova təmsilçisi "Petrokub"la münasibətləri aydınlaşdıracaq. Bu raundun matçları iyulun 24-ü və 31-də oynanılacaq.

Futbol
DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

Futbol
Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Futbol
Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

Futbol
Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Futbol
Qurban Qurbanov: "Sayılmayan qol epizodunda əsəbləşdim"

Qurban Qurbanov: "Sayılmayan qol epizodunda əsəbləşdim"

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Futbol
"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

Futbol
Qaret Beyl peşəkar karyerasını başa vurub

Qaret Beyl peşəkar karyerasını başa vurub

Futbol
Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Futbol
Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Futbol
Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib