"Neftçi" Polşa klubuna qarşı - YENİLƏNİR

"Neftçi" Polşa klubuna qarşı - YENİLƏNİR

Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün ikinci yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” yerli “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək oyun “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.

Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “ağ-qaralar” digər sınaq matçlarında iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.