Azərbaycan millisinin sabiq məşqçisi: “Zirə” Xorvatiya klubu ilə matçda özünü yaxşı tərəfdən göstərdi”

Azərbaycan millisinin sabiq məşqçisi: “Zirə” Xorvatiya klubu ilə matçda özünü yaxşı tərəfdən göstərdi”

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gəldiyi “Hayduk”la (Xorvatiya) ilk matçda özünü yaxşı tərəfdən göstərib.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis "Zirə"ninj baş məşqçisi Rəşad Sadıqov və köməkçilərinin Xorvatiya klubunu düzgün təhlil etdiyini vurğulayıb:

“Ən güclü rəqib məhz “Zirə”yə düşüb. Amma məşqçilərin rəqibi yaxşı təhlil etməsi və düzgün taktika seçməsi hər iki komandanın bərabər gücdə olduğunu göstərdi. Hətta bəzi məqamlarda “Zirə” rəqibini üstələyirdi. Çalışırdı meydanın rəqibə aid hissəsinə sıxışdırsın və daim təzyiq altında saxlasın. Halbuki “Zirə”nin oyunu daha çox əks-hücumlar üzərində quracağını gözləyirdim. Amma komanda daha inamlı oynadı, ilk qolu vurdu və daha çox fərqlənmək şansları oldu. “Hayduk”un da hücum futboluna üstünlük verməsi səbəbindən açıq oyun izlədik. Hər iki komanda üçün xüsusilə ikinci hissədə daha çox qol imkanları oldu. Görünən odur ki, “Zirə” rəqibin adından çəkinmədi. Məncə, ötən il UEFA Konfrans Liqasında Xorvatiyanın digər klubu “Osyek” üzərində qazanılan qələbə də burda rol oynadı. Sanki komandada Xorvatiya klublarını keçə biləcəyinə dair inam yaranıb. Bu, növbəti oyuna təsir göstərə bilər”.

A.Əsədov səfər matçında şansların bərabər olduğunu bildirib:

“Zirə”nin ötənilki oyununu da nəzərə alsaq, məncə, səfərdə şanslar bərabərdir. Hətta matçda əlavə dəqiqələr də oynanıla bilər. “Zirə”də fiziki baxımdan bir qədər boşluqlar var. Bunun da səbəbi məlumdur - komanda hələ optimal formada deyil. Taktiki baxımdan isə formalaşdığı hiss olunur. Çatışmazlıqlar yalnız fiziki durumla bağlıdır. Buna baxmayaraq, komandanın oyununda işıq göründüyü və beynəlxalq təcrübəsinin artdığı hiss edilir”.

Qeyd edək ki, Bakıdakı 8-ci km stadionunda baş tutan “Zirə” - “Hayduk” matçı 1:1 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab matçı iyulun 30-da Xorvatiyada keçiriləcək.

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”

“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”

Futbol
Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Futbol
Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

Futbol
“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Futbol
"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol
“Mançester Yunayted” satılır

“Mançester Yunayted” satılır

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
Elxan Məmmədov tanınmış futbolçu ilə görüşüb

Elxan Məmmədov tanınmış futbolçu ilə görüşüb

Futbol
Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"