“Şöhrət” ordenli mütəxəssis: "Dublindəki oyunun hesabının “Qarabağ”da arxayınlıq yaradacağını düşünmürəm"

“Şöhrət” ordenli mütəxəssis: "Dublindəki oyunun hesabının “Qarabağ”da arxayınlıq yaradacağını düşünmürəm"

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) ilk görüşündə qeydə alınan hesab "Qarabağ"da arxayınlıq yaratmayacaq.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

“Şöhrət” ordenli mütəxəssis səfər matçında Ağdam təmsilçisinin heyətində müəyyən rotasiyaların ola biləcəyini istisna etməyib:

“Dublində qeydə alınan hesabın cavab matçında “Qarabağ”da arxayınlıq yaradacağını düşünmürəm. Futbolçuların hər biri peşəkardır. Həm də iyulun 30-da baş tutacaq oyunda stadionun dolacağını fikirləşirəm. Çünki azarkeşlər oyuna gələcəklər və istirahət etmək istəyəcəklər. Amma heyətdə müəyyən rotasiyalar mümkündür. İndiki halda komandada hər mövqeyə iki oyunçu var. Gördüklərimə əsasən komandanın yaxşı hazırlıq keçdiyini deyə bilərəm. Fiziki durum qaydasındadır. Sadəcə, hücum, inkişaf, meydanın rəqibə aid hissəsində çoxalmaq, top saxlamaq kimi məqamlara fikir vermək lazımdır”.

O, “Qarabağ”ın yaxşı hazırlıq keçdiyini söyləyib:

“Qarabağ”ın təlim-məşq prosesinin ağır olduğu hiss edilir. Çünki ilk oyundakı bəzi epizodlarda futbolçular topla rahat davrana bilmirdilər. Normal haldır, ağır yüklənmə olub, ancaq bu, bir oyunluq deyil. Belə yüklənmə “Qarabağ”a ən azı altı aya qədər kömək edəcək. Heyətdə iki yeni futbolçu oynadı. Düzdür, bir matça görə onlarla bağlı qərar vermək olmaz. Amma “Qarabağ”ın üslubunu bilirlər. Dünənki matçda dayaq yarımmüdafiəçisi yox səviyyəsində idi. Biz Kadi Borqesi hücumçuların arxasında və ya vinger kimi görmüşük. Amma dünənki görüşdə ikinci dayaq yarımmüdafiəçisi rolunda idi. Normal oynadılar, əsas odur ki, qollar vurdular. Bu da komandanı ruhlandırır və hansı səhvlərin üzərində işləmək lazım olduğunu göstərir. Belə ölkələrdə oynamaq çətindir. Çünki azarkeşləri aqressiv olurlar. Stadionun balaca olmasına baxmayaraq, ot örtüyü çox yaxşı idi. Bu da Böyük Britaniya ölkələrində futbola çox fikir verilməsinin göstəricisidir”.

Qeyd edək ki, komandalar arasında Dublində baş tutan görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Futbol
Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Futbol
“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

“Qarabağ”ın zədəli futbolçularının son vəziyyəti açıqlanıb

Futbol
Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb

Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb

Futbol
KİV: Ronaldu “Napoli”-yə keçir

KİV: Ronaldu “Napoli”-yə keçir

Futbol
Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Futbol
Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Maksim Medvedev: “Hami başa düşürdü ki, son oyundur”

Futbol
"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

Futbol
Abdullah Zubir: "Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq"

Abdullah Zubir: "Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq"

Futbol
Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Qurban Qurbanovdan etiraf: "Zəif oynadıq"

Futbol
Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Futbol
Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Azərbaycan Premyer Liqası oyununda insident baş verib