Vəli Qasımov: "Bəzi futbolçuların ayrılması "Zirə"nin çıxışına mənfi təsir göstərdi"

Vəli Qasımov: "Bəzi futbolçuların ayrılması "Zirə"nin çıxışına mənfi təsir göstərdi"

Bəzi futbolçuların ayrılması "Hayduk"la oyunda "Zirə"nin çıxışına mənfi təsir göstərib.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu Vəli Qasımov klublarımızın UEFA Konfrans Liqasında ötəngünkü çıxışını dəyərləndirərkən deyib.

56 yaşlı mütəxəssis avrokubok gecəsinin Azərbaycan komandaları üçün uğurlu keçdiyini söyləyib:

"Ümumilikdə ötən gecəni Azəraycan futbolçu üçün uğurlu saymaq olar. "Zirə"dən başqa, digər iki klubumuz əla oyun sərgilədi. Daha əvvəl də "Qarabağ" Çempionlar Liqasında növbəti mərhələyə keçmişdi. "Zirə"nin matçına nəzər salsaq, əslində bu komanda da pis çıxış etmədi. Sadəcə, püşk bir az şanssız idi. Fikrimcə, "Zirə"nin bəxtinə güclü rəqib düşmüşdü. Üstəlik, bəzi futbolçuların komandanı tərk etməsi də "Zirə"nin çıxışına mənfi təsir göstərdi".

Mütəxəssis "Sabah"ın "Petrokub"a (Moldova) cavab matçında da qalib gələcəyini gözləyirmiş:

"Rəqibin "Sabah"ın səviyyəsində olmadığını hər birimiz bilirdik. Sadəcə, düşünmürdüm ki, ilk hissədə bu qədər qol vurular. Növbəti rəqib Bolqarıstan təmsilçisi olacaq. Məncə, "Petrokub"a qarşı göstərdiyi oyunu təkrarlasa, "Sabah" "Levski"yə qallib gələ bilər".

V.Qasımov "Araz-Naxçıvan"ın Yunanıstan səfərində "Aris"ə qarşı möhtəşəm oynadığını vurğulayıb:

"Elmar Baxşıyevin komandası hər kəsi müsbət mənada təəccübləndirdi. "Araz-Naxçıvan" meydanda sonadək döyüşdü. Baxmayaraq ki, arokuboklarda debüt edirdilər. "Aris" kimi kollektivə iki oyunun nəticəsinə əsasən qalib gəlmək asan iş deyil. III təsnifat mərhələsində Kiprin "Omoniya" klubuna qarşı oynayacaqlar. Keçilməyəcək rəqib deyil. "Araz-Naxçıvan" göstərdi ki, "Aris", "Omoniya" səviyyəsində olan komandalara qarşı oynaya bilər".

Qeyd edək ki, ötən gün Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" səfərdə "Hayduk"a (Xorvatiya) 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Doğma meydanda "Petrokub"a 4:1 hesabı ilə qalib gələn "Sabah" və səfərdə "Aris"lə bərabərə qalan (2:2) "Araz-Naxçıvan" isə III təsnifat mərhələsinə yüksəlib.

Futbol
Dünya çempionatının finalında Argentina-Fransa qarşılaşacaq

Dünya çempionatının finalında Argentina-Fransa qarşılaşacaq

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Futbol
UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

Futbol
"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Futbol
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

Futbol
Portuqaliya millisinin baş məşqçisi: "Ronaldu ehtiyatda qaldığı üçün narazı idi"

Portuqaliya millisinin baş məşqçisi: "Ronaldu ehtiyatda qaldığı üçün narazı idi"