Azərbaycan millisi dünya çempionatını 4 medalla başa vurub

Azərbaycan millisi dünya çempionatını 4 medalla başa vurub

Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatını Beləliklə 1 qızıl, 3 bürünc medalla başa vurub.

"Report" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, son yarış günündə 4 çəkidə güləşçilərimiz medallar uğrunda mübarizə aparıb.

Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2) üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmada kanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medal qazanıb.

Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə hindistanlı Danraj Jamnikə 4:7 hesabıyla məğlub olub.

Rəşad Veysəlov (71 kq) ilk təsəlliverici görüşdə gürcüstanlı Koba Qoquadzeyə 12:10 hesabıyla qalib gəlsə də, ikinci təsəlliverici görüşdə özbəkistanlı Farruxbek Jumanazarova "tuş"la uduzub.

Səid Paşayev (92 kq) təsəlliverici görüşdə ukraynalı Samir İbişovdan güclü olub - 2:0. Avropa çempionumuz bürünc medal uğrunda qarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Ötən gün Hüseyn İsmayılov (65 kq) dünya çempionu olmuş, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, Azərbaycan 90 xalla komanda hesabında 4-cü pillədə qərarlaşıb və ilk “3-lüy”ü qapayan Qazaxıstandan cəmi 1 xal geri qalıb. ABŞ 154 xalla dünya çempionu olubsa, İran 150 xalla ikinci yeri tutub.

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Fərdi
Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəranda stolüstü tennis yarışı keçirilib

Fərdi
Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başlayıb

Fərdi
AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

Fərdi
Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Fərdi
Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır