Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxacaq.

"Report"un məlumatına görə, 97 kq-da yer alan Maqomedxan Maqomedov təsəlliverici qarşılaşmada polşalı Zbiqniev Baranovskiyə 11:0 hesabı ilə qalib gələrək, 3-cü yer uğrunda mübarizə aparmaq hüququ əldə edib. Onun rəqibi iranlı Məhəmmədhüseyn Məhəmmədyan olacaq.

61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov isə ilk təsəlliverici görüşdə şimali makedoniyalı Beşir Alilini 5:1 hesabı ilə məğlub etsə də, ikinci qarşılaşmada bolqarıstanlı Georgi Vangelovla bacarmayıb - 0:4.

Bu gün həmçinin 65 kq-da Hacı Əliyev bürünc medal görüşündə Macarıstan təmsilçisi İsmail Musukayevlə görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Fərdi
Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Fərdi
Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərid Qayıbov: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik"

Fərdi
Sumqayıtda ustad dərsi keçirilib

Sumqayıtda ustad dərsi keçirilib

Fərdi
Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Elnur Məmmədli: "Dünya çempionatında yaxşı nəticəyə inanırıq"

Fərdi
İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

Fərdi
Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Fərdi
Azərbaycan çempionatı: Sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib

Azərbaycan çempionatı: Sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib