PFL rəsmisi: "II Liqada oynamaq istəyən komandaların sayı çox idi"

PFL rəsmisi: "II Liqada oynamaq istəyən komandaların sayı çox idi"

Futbol üzrə Azərbaycan II Liqasında oynamaq istəyində olan komandaların sayı çox olub.

Bu barədə "QELEBE.AZ"a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

PFL rəsmisi çempionatda format dəyişikliyini şərtləndirən səbəblər barədə danışıb:

"Məlum olduğu kimi, ötən mövsümün yekunlarına əsasən II Liqadan I Liqaya 3 komanda yüksəldi. Region Liqasının qalibi II Liqanın sonuncusunu əvəzlədi. Pley-off yekunlarına əsasən isə Region Liqasının finalında oynamış “Şirvan” üst liqada çıxış hüququ əldə etdi. Bununla yanaşı, “Qusar” komandası rəsmi müraciətə və dəfələrlə xatırlatmalarımıza baxmayaraq, 2025/2026 mövsümündə iştirakını təsdiqləmədi. Bu komandanın oyunları zamanı ötən mövsüm ərzində sistematik neqativ hallar yaşandığını nəzərə alaraq, başqa bir komanda ilə əvəzlənməsinə qərar verildi. Bu dəyişiklik zamanı həmişəki kimi idman prinsiplərinin rəhbər tutulmasına çalışıldı və ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandasının II Liqaya buraxılmasına qərar verildi".

S.Abdullayevin sözlərinə görə, AFFA və PFL olaraq həmişə idman prinspilərinə mümkün olduğu qədər əməl edilməsi əsas hədəflərdən olub:

"Bu dəfə də istisna olmadı. Həm idman prinsipləri qorundu, həm də II Liqada çıxış etmək istəyən, nisbətən yaxşı imkanlara malik komandalara şans yaradıldı. Belə ki, Region Liqasından II Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər. II Liqa 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət "altılıq" sistemində yarışacaqlar. 22 tur bu yarış üçün çox az olardı. 12 komandalı çempionatların imkan verdiyi "6-lıq" sistemini tətbiq etmək qərarına gəldik. İnanırıq ki, bu durum istər aşağı, istərsə də yuxarı pillələrdə yer alan komandaların yarışdan tez qopmasının qarşısını alacaq. Bundan əlavə, bir daha qeyd edək ki, görüşdüyümüz namizəd komandaların həqiqətən də futbolla bağlı planları bizi sövq etdi ki, aşağıdakı komandaların şans qazanması və motivasiya əldə etməsi üçün zəmin formalaşdıraq. Bu eyni zamanda II Liqada qalmaq uğrunda mübarizəni də kəskinləşdirəcək".

Qeyd edək ki, II Liqada 2025/2026 mövsümü sentyabrın 6-da başlayacaq.

Futbol
"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

Futbol
Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Futbol
Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Mahir Emreli: "Haqqımda yazılan yalan xəbərlərə alışmışam"

Futbol
"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

Futbol
Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Futbol
"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

Futbol
Seneqallı futbolçunun həyat yoldaşı "Qarabağ"la oyundan sonra huşunu itirib

Seneqallı futbolçunun həyat yoldaşı "Qarabağ"la oyundan sonra huşunu itirib

Futbol
Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Futbol
DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

Futbol
Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Futbol
Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub