Azər Bağırov: "Araz Naxçıvan" - "Omoniya" oyununda şanslar bərabərdir"

Azər Bağırov: "Araz Naxçıvan" - "Omoniya" oyununda şanslar bərabərdir"

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Araz-Naxçıvan” - “Omoniya” (Kipr) oyununda şanslar bərabərdir.

Bunu “Report”a açıqlamasında Naxçıvan təmsilçisinin sabiq baş məşqçisi Azər Bağırov deyib.

O, komandanın özünə inanmasının vacibliyini vurğulayıb:

“Araz-Naxçıvan” yaxşı start götürüb. Amma İqor Ribeyronun ilk oyunda olmaması, mənə elə gəlir ki, şansları bərabərləşdirir. “Araz-Naxçıvan” evdə yaxşı oynayır, sadəcə, özünə inanmalıdır. Qələbəyə inam olmalıdır. "Aris"lə qarşılaşmalar göstərdi ki, “Araz-Naxçıvan” üçün ev və ya səfər oyunu fərqi yoxdur. Komandaya uğurlar arzulayıram və yaxşı mübarizə olacağına inanıram”.

A.Bağırov Kipr klubunun keyfiyyətli futbolçulara malik olduğunu söyləyib:

“Omoniya”nın ötənilki oyununu xatırlayıram. Bu il heç bir matçını izləməmişəm. Onu bilirəm ki, keyfiyyətli futbolçuları, yaxşı legionerləri var. Atletik futbol oynayırlar, texniki baxımdan yaxşı komandadır. Ümumilikdə bu il UEFA Konfrans Liqasında klublarımıza rəqib olan ən yaxşı komandalardan biridir”.

Qeyd edək ki, qarşılaşma bu gün "Dalğa Arena"da, saat 20:00-da start götürəcək.

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
Messi millidə çıxışını davam etdirəcək

Messi millidə çıxışını davam etdirəcək

Futbol
İlin ən çox qazanan futbolçuları açıqlanıb

İlin ən çox qazanan futbolçuları açıqlanıb

Futbol
Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol agenti: "Olimpiakos"un təhqiramiz hərəkət edən azarkeşləri cavablarını aldılar"

Futbol
Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Futbol
Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Futbol
Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

Futbol
AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib