“Real” gənc hücumçu ilə müqavilə müddətini uzadıb

“Real” gənc hücumçu ilə müqavilə müddətini uzadıb

“Real Madrid” gənc hücumçusu ilə müqavilə müddətini uzadıb.

QELEBE.AZ xəbər verir ki, “kral klubu” 21 yaşlı forvard Qonsalo Qarsiya ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Qonsalo Qarsiya FIFA Klublararası Dünya Çempionatında iştirak etdiyi 6 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.