Salah 4-cü pilləyə yüksəldi
"Liverpul"un futbolçusu Məhəmməd Salah daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, hücumçu Premyer Liqada ən çox qol vuran 4-cü futbolçu adına yiyələnib.
O, mövsümün ilk turunun "Bornmut"la matçında (4:2) fərqlənib. Misirli forvard İngiltərə çempionatında vurduğu qolların sayını 187-yə yüksəldib.
Qeyd edək ki, Premyer Liqa tarixinin bombardiri 260 qolla Alan Şirerdir.

https://qalaba.az//uploads/photo/salah-4-cu-pilleye-yukseldi.webp