"Turan Tovuz" La Liqada çıxış edən futbolçunu transfer edib
"Turan Tovuz" son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi Enrike Silva ilə 2 illik müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yetirməsi olduğu “Vasko da Qama”nın (Braziliya) heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

https://qalaba.az//uploads/photo/turan-tovuz-la-liqada-chixish-eden-futbolchunu-transfer-edib.webp











