Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"

Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"

"Qarabağ" və "Ferentsvaroş" komandalarının gücü bərabərdir.

"QELEBE.AZ"un məlumatına görə, bunu Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis Azərbaycan çempionuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb:

"İki komandanın gücü, demək olar ki, bərabərdir. İstədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik. Belə görüşlərdə əsas qol buraxmamaqdır. Çünki irəli xətdə yaxşı hücumçularımız var və mütləq qol vurmaq üçün imkanlarımız olacaq. Rəqib yaxşı kollektivdir. Lakin bu, bizim üçün böyük fürsətdir. Çünki son illərdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etmək şansı o qədər də böyük deyildi. Bu həm oyunçular, həm də məşqçilər üçün yaxşı motivasiyadır".

Baş məşqçi tərəflər arasında üç il əvvəl baş tutmuş qarşılaşmaya baxmadığını sözlərinə əlavə edib:

"Hər iki komandanın yeni futbolçuları var. Mən Azərbaycan klubunun hazırkı oyunlarını izləmişəm".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Futbol
Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Futbol
Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Futbol
Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
“Mançester Yunayted” satılır

“Mançester Yunayted” satılır

Futbol
Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Futbol
"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

Futbol
Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Futbol
“Neftçi”nin baş məşqçisi: “Boqomolskiyə görə oyun sistemimizdə dəyişiklik etmişdik”

“Neftçi”nin baş məşqçisi: “Boqomolskiyə görə oyun sistemimizdə dəyişiklik etmişdik”