İspaniya - Fransa matçında azərbaycanlı hakim
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ruslan Xalıqov 16 yaşadək qızlar arasında keçirilən Avropa çempionatına təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, həmyerlimiz karyerasında ilk dəfə A divizionunun 1/4 final mərhələsinin oyununu idarə edəcək.
Xalıqov bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək İspaniya – Fransa matçında söz sahibi olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/ispaniya-fransa-matchinda-azerbaycanli-hakim.webp