Azərbaycan Kubokunun 2025/2026 mövsümünün formatı açıqlanıb

Azərbaycan Kubokunun 2025/2026 mövsümünün formatı açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün formatı açıqlanıb.

Bu barədə "QELEBE.AZ"a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

PFL rəsmisi turnirdəki əsas dəyişikliyin final matçı ilə bağlı olduğunu xatırladıb:

"PFL olaraq digər ölkələrin də təcrübəsini nəzərə alaraq final qarşılaşmasının daha tez tarixdə - mayın 13-də keçirilməsinə qərar verdik. Bütün liqalarda iştirak edən komandalar kubok yarışlarına qatılacaqlar".

S.Abdullayev II Liqa təmsilçilərinin Azərbaycan Kubokunda mövsümə erkən mərhələdən start verəcəklərini söyləyib:

"Ardından qaliblərə 1-ci Liqa komandaları və Premyer Liqanı ötən mövsüm aşağı pillələrdə başa vurmuş komandalar qoşulacaq. Sonrakı mərhələdə isə Premyer Liqanı üst pillələrdə bitirmiş komandaları da mübarizədə görəcəyik. Ötən mövsümün qalibi “Sabah” püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Komandalar Premyer Liqa şərtləri əsasında mübarizə apacaqlar. Yəni məsələn, 1-ci Liqa komandaları heyətlərindəki legionerlərin hamısının xidmətindən əsas heyətdə yararlana biləcəklər".

Qeyd edək ki, ötən mövsümün finalında "Sabah" əsas vaxtı heç-heçə (2:2) yekunlaşan matçın əlavə vaxtında "Qarabağ"ı 3:2 hesabı ilə üstələyib.

Futbol
DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

DÇ-2022: Açılış oyununun hakimi bəlli olub

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Futbol
Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Futbol
Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Futbol
Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Futbol
İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

Futbol
Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub

Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub