“Qəbələ” MOİK-i məğlub edib
Bu gün "Qəbələ" yoxlama görüşü keçirib.
QELEBE.AZ xəbər verir ki, Premyer Liqa təmsilçisi I Liqada yarışan MOİK-lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən matça 18:30-da start verilib.
Görüş "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qırmızı-qaralar"ın heyətində qolları İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyev vurub.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv Misli Premyer Liqasının 2-ci turunda "Zirə" ilə qarşılaşacaq. Həmin oyun avqustun 25-də baş tutacaq.

https://qalaba.az//uploads/photo/qebele-moik-i-meglub-edib.webp