Azərbaycan millisinin məşqçisi: “Batumi Cup"da qızıl medallarımızın sayını artıra bildik”

Azərbaycan millisinin məşqçisi: “Batumi Cup"da qızıl medallarımızın sayını artıra bildik”

Azərbaycanın aşağı yaş qruplarında çıxış edən badmintoçular Gürcüstanda keçirilən “Batumi Cup” beynəlxalq turnirində ötən illə müqayisədə qızıl medalların sayını artırıblar.

Bunu “Report”a açıqlamasında uşaq və yeniyetmələr üzrə millinin məşqçisi Elçin Mehdiyev deyib.

O, idmançıların Gürcüstanda keçirilən yarışda çıxışını dəyərləndirib:

“Ötən il də bu turnirdə iştirak etmişdik və yüksək nəticələrlə geri dönmüşdük. Bu il bizə daha düşərli oldu və qızıl medallarımızın sayını artıra bildik. Xatırladım ki, turnirdə 5 idmançı ilə U-11, U-13 və U-15 yaş kateqoriyalarında iştirak etdik. 7 qızıl, 3 gümüş, 1 bürünc medalla geri döndük. Başda federasiya rəhbərliyi olmaqla, əziyyəti keçən məşqçilərimizə də təşəkkürümü bildirmək istəyirəm ki, bizə bu turnirdə çox böyük dəstək oldular. Bu da komandamıza çox yaxşı motivasiya verirdi. İnanıram ki, gələcəkdə də ölkəmizin bayrağını yüksəklərə qaldıracağıq".

Mütəxəssis yarışlara qatılmağın önəmindən danışıb:

"Son illərdə davamlı olaraq uşaq və yeniyetmələr arasında keçirilən beynəlxalq turnirlərdə iştirak edirik. Bu da təbii ki, indidən uşaqlara beynəlxalq təcrübə, dünyagörüşü baxımından çox kömək edir. Davamlı olaraq beynəlxalq turnirlərdə iştirak nəticələrimizin də yaxşılaşmasına səbəb olur”.

Qeyd edək ki, uşaq və yeniyetmə badmintonçular sözügedən beynəlxalq yarışda ümumilikdə 11 medal qazanıblar.

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub

“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub

Fərdi
Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Rusiya idmançılarının 4 ölkəyə girişinə qadağa qoyulub

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Fernando Alonso Hemiltonu axmaq adlandırdığı üçün üzr istəyib

Fernando Alonso Hemiltonu axmaq adlandırdığı üçün üzr istəyib

Fərdi
ABŞ rusiyalı idmançıların Paris-2024-də iştirak etməsini istəyir

ABŞ rusiyalı idmançıların Paris-2024-də iştirak etməsini istəyir

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir

Bölgə gimnastlarının Milli Gimnastika Arenasında məşqləri davam edir