“Fənər”in müdafiəçisi ərəblərin radarında
"Fənərbaxça"nın üzvü Yusuf Akçiçek karyerasını Səudiyyə Ərəbistanınında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 19 yaşlı müdafiəçi "Əl-Hilal"a transfer olacaq.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, artıq tərəflər arasında razılıq əldə olunub.
İstanbul klubu bu transferdən 22 milyon avro qazanacaq. Bundan əlavə, “sarı-lacivərdlilər” futbolçunun gələcək satışından da 15 faiz pay əldə edəcəklər.
Qeyd edək ki, Yusuf "Fənər"in yetirməsidir.

https://qalaba.az//uploads/photo/fenerin-mudafiechisi-ereblerin-radarinda.webp