"Porto" səfərdə "Sportinq"i məğlub edib
Futbol üzrə Portuqaliya çempionatında 4-cü turun oyunları davam edir.
"Apasport"un xəbərinə görə, lider "Porto" səfərdə "Sportinq"in qonağı olub.
Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Luk de Yonq və Uiliam Qomeşin qolları "Porto"ya qələbə qazandırıb.
Bu nəticədən sonra "ağ-mavilər" maksimum nəticə - 12 xalla turnir cədvəlinə başçılıq edirlər.
"Sportinq" isə cari mövsümdə ilk məğlubiyyətini alaraq 9 xalla 3-cü pillədə qərarlaşıb.

https://qalaba.az//uploads/photo/quotportoquot-seferde-quotsportinqquoti-meglub-edib.webp