“Sabah” millimizin üzvünü heyətinə qatıb
“Sabah” heyətini yeniyetmə və perspektivli yerli basketbolçularla gücləndirməyə davam edir.
QELEBE.AZ xəbər verir ki, komanda U-18 millimizin daha bir üzvünü transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2009 təvəllüdlü, 206 sm boya malik Emmanuel Agbasonla 2+1 müqavilə imzalanıb.

https://qalaba.az//uploads/photo/sabah-millimizin-uzvunu-heyetine-qatib.webp