“Milan”dan “Əl-Şabab”a - RƏSMİ
“Milan”ın futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistanınında davam etdirəcək.
QELEBE.AZ xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Əl-Şabab”a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, "Əl-Şabab" bu keçid üçün rossonyerilərə 8 milyon avro ödəyib.
Qeyd edək ki, Yasin adli ötən mövsümü icarə əsasında “Fiorentina”da çıxış edib. O, bu komanda ilə meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qalaba.az//uploads/photo/milandan-el-shababa-resmi.webp