“Beşiktaş”ın futbolçusu Yunanıstan klubunda - RƏSMİ
“Beşiktaş” futbolçusunu icarəyə göndərib.
QELEBE.AZ xəbər verir ki, Joao Mario AEK-lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, portuqaliyalı yarımmüdafiəçi Afina təmsilçisinin heyətində mövsümün sonuna qədər icarə əsasında oynayacaq.
32 yaşlı oyunçunun “Beşiktaş”la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü karyerası ərzində “Sportinq”, “İnter”, “Vest Hem” və “Lokomotiv”(Moskva) komandalarında da çıxış edib.

https://qalaba.az//uploads/photo/beshiktashin-futbolchusu-yunanistan-klubunda-resmi.webp