AFFA bölgə klubunun rəsmisini 6 ay futboldan uzaqlaşdırıb
II Liqada çıxış edən “Şəki Siti” komandasının rəsmisi Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə cəza alıb.

https://qalaba.az//uploads/photo/affa-bolge-klubunun-resmisini-6-ay-futboldan-uzaqlashdirib.webp