"İnter"in heyətində ciddi itki

"İnter"in heyətində ciddi itki

“İnter”in heyətində ciddi itki baş verib.

QELEBE.AZ xəbər verir ki, komandanın aparıcı futbolçularından Markus Turam zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçu təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Fransa millisinin üzvü Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Slaviya” ilə keçirilən oyunda (3:0) ikinci hissədə məcburi əvəzlənmişdi.

Qeyd edək ki, Turam bu mövsüm “İnter”in heyətində çıxdığı 7 rəsmi matçda 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.