Messi və Ronaldu uzun müddətdən sonra üz-üzə gələcəklər

Messi və Ronaldu uzun müddətdən sonra üz-üzə gələcəklər

Əzəli rəqiblər Lionel Messi və Kriştianu Ronaldu uzun müddətdən sonra bu gün üz-üzə gələcəklər.

“QELEBE.AZ” xəbər verir ki, argentinalı və portuqaliyalı ulduz futbolçuların yolu 25 aydan sonra kəsişəcək.

Onlar Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında “Əl-Nəsr” və “Əl-Hilal”ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşündə iştirakçı olacaqlar. Messi PSJ-nin formasını geyinirsə, “Əl-Nəsr”in yeni transferi Ronaldu ölkənin ulduzlardan ibarət komandasında kapitan kimi meydana çıxacaq.

Azarkeşlər 771 gündən sonra Messi-Ronaldu duelinə Ər-Riyaddakı “Kral Fəhd” stadionunda şahidlik edəcəklər. Bu matçın təşkilinə razılıq verdiyi üçün Fransa klubu 10 milyon avro gəlir əldə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Lionel Messi ilə Kriştianu Ronaldu sonuncu dəfə 2020-ci il dekabrın 8-də bir-birinə rəqib olublar. Bu, Çempionlar Liqasının qrup mərhələsinin son turuna təsadüf edib. Həmin görüşdə Messi İspaniya “Barselona”sının, Ronaldu isə İtaliya “Yuventus”unun formasını geyinib. Portuqaliyalının penaltidən iki dəfə fərqləndiyi oyunda “Yuventus” 3:0 hesablı səfər qələbəsi qazanıb.

Futbol
"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

Futbol
Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Futbol
"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
Qətər komandası Dünya Çempionatını tərk edib

Qətər komandası Dünya Çempionatını tərk edib

Futbol
İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

Futbol
AFFA İntizam Komitəsi klubları cəzalandırıb

AFFA İntizam Komitəsi klubları cəzalandırıb

Futbol
"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

Futbol
"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

Futbol
FIFA Messi ilə bağlı paylaşımı silib

FIFA Messi ilə bağlı paylaşımı silib

Futbol
Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

Azərbaycan millisinin iki oyununun hakimləri bəlli olub

Futbol
“Çelsi” Tomas Tuxeli istefaya göndərib

“Çelsi” Tomas Tuxeli istefaya göndərib