Çexiya millisinin baş məşqçisi istefa verib

Çexiya millisinin baş məşqçisi istefa verib

Çexiya millisinin baş məşqçisi İvan Haşek istefa verib. 

QELEBE.AZ xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyası məlumat yayıb. 

DÇ-2026-nın Avropa seçmə mərhələsində Farer adalarına uduzduqdan sonra baş məşqçinin gedişi rəsmiləşib.  

O, 2024-cü ildən komandanı çalışdırırdı. 

DÇ-2026-nın Avropa seçmə mərhələsində L qrupunda yer alan Çexiya bu qrupda Xorvatiya, Farer adaları, Monteneqro və Cəbəllütariqlə mübarizə aparıb.

Çexiya yeddi oyundan sonra 13 xalla ikinci yerdədir.