İki cüdoçumuz Avropa çempionatında finala yüksəlib
Azərbaycanın iki cüdoçusu Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Apasport.az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) və Kənan Nəsibov (+100 kq) qitə yarışının həlledici mərhələsinə adlayıblar.
Rəcəbli finalda italiyalı Manuel Parlati, Nəsibov isə polşalı Yakub Sordul ilə üz-üzə gələcək.
Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar.

https://qalaba.az//uploads/photo/iki-cudochumuz-avropa-chempionatinda-finala-yukselib.webp