Türkiyə səfiri Ertem Şenerlə görüşüb

Türkiyə səfiri Ertem Şenerlə görüşüb

Türkiyəli jurnalist, “Qarabağ” və “Çelsi” komandaları arasında keçiriləcək Çempionlar Liqası oyununun şərhçisi Ertem Şener Bakı səfəri çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.

APA xəbər verir ki, o, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə görüşüb.

“8 Noyabr Zəfər Günü ərəfəsində Bakıya səfərim zamanı səfirliyimizi ziyarət etdim. Səfirimiz Birol Akgünlə səmimi söhbət etdik. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakını işğaldan azad etməsindən tutmuş Qarabağ Zəfərinə qədər olan qardaşlıq tariximizi öyrənmək mənə böyük qürur verdi”, – o "X" hesabındakı paylaşımda qeyd edib.

Jurnalist, həmçinin 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələlər zamanı Azərbaycanın göstərdiyi dəstəyin unudulmaz olduğunu vurğulayıb: “Azərbaycanlı qardaşlarımızın yardımları heç vaxt unudulmayacaq, əbədi minnətdarıq.”

Ertem Şener “Türkiyə və Azərbaycan qardaşlığı və ittifaqı əbədi, sarsılmaz və bənzərsizdir” sözləri ilə paylaşımını tamamlayıb.

Futbol
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Futbol
Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib

Futbol
“Traktor” əzəli rəqibinə qalib gəlib

“Traktor” əzəli rəqibinə qalib gəlib

Futbol
Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"