Yığmamız seçmə mərhələdəki ilk oyunda məğlub olub
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.
Apasport.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 141:48.
Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.

https://qalaba.az//uploads/photo/yigmamiz-sechme-merheledeki-ilk-oyunda-meglub-olub.webp