İslam Abbasov bürünc medalın bir addımlığında
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
QELEBE.AZ xəbər verir ki, İslam Abbasov (87kq) bürünc medal üçün mübarizə aparacaq.
Təmsilçimizin bu mərhələdəki rəqibi Asan Janişov (Qırğızıstan) olacaq.

https://qalaba.az//uploads/photo/islam-abbasov-burunc-medalin-bir-addimliginda.webp