Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı
“Fənərbaxça”nın sabiq baş məşqçisi Dik Advokaatın çalışdırdığı Kurasao millisi tarixi uğura imza atıb.
QELEBE.AZ xəbər verir ki, komanda 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində son oyunda Yamayka ilə 0:0 hesablı heç-heçə edərək mundiala vəsiqə qazanıb.
150 min əhalisi olan kiçik ada ölkəsi futbol tarixində ilk dəfə Dünya Kubokunda iştirak hüququ əldə edib.
Qeyd edək ki, gərgin keçən görüşün 90+5-ci dəqiqəsində hakim Yamaykanın xeyrinə penalti qərarı verib. VAR-dan gələn xəbərdarlıqdan sonra monitora baxan referi epizodu yenidən dəyərləndirərək qərarını ləğv edib.

https://qalaba.az//uploads/photo/dik-advokaat-tarix-yazdi-kurasao-ilk-defe-dunya-kubokuna-vesiqe-qazandi.webp