"Real"da ciddi itki: "Olimpiakos"la oyunu buraxacaq
Madrid klubunun belçikalı qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 5-ci turunda keçiriləcək "Olimpiakos" – "Real Madrid" oyununu buraxacaq.
Apasport.az xəbər verir ki, buna səbəb qapıçının virusa yoluxmasıdır.
Klubun yaydığı rəsmi açıqlamada bildirilib ki, bu gün tibbi heyətin apardığı müayinələrdən sonra Kurtuaya virus mənşəli mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub.
33 yaşlı Kurtua 2018-ci ilin yayından “Real Madrid”in heyətində çıxış edir. Belçikalı qolkiper “kral klubu” ilə iki dəfə Çempionlar Liqasının qalibi olub.

https://qalaba.az//uploads/photo/quotrealquotda-ciddi-itki-quotolimpiakosquotla-oyunu-buraxacaq.webp