Lionel Messi yeni rekorda imza atıb
Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 38 yaşlı futbolçu dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub.
Təcrübəli hücumçu bunu MLS-in Şərq Konfransının pley-off mərhələsində “Nyu-York Siti” ilə final matçında (5:1) assist etməklə bacarıb. Peşəkar karyerasında məhsuldar ötürmələrin sayını 405-ə çatdıran ulduz futbolçu macarıstanlı Ferens Puşkaşı geridə qoyaraq, bu nominasiya üzrə bütün zamanların ən yaxşısı olub.
Qeyd edək ki, “İnter Mayami” MLS-də mövsümün həlledici oyununu Qərb Konfransının qalibi olan Kanadanın “Vankuver” klubuna qarşı keçirəcək. Çempionluq matçı dekabrın 6-da reallaşacaq.

https://qalaba.az//uploads/photo/lionel-messi-yeni-rekorda-imza-atib.webp