Komandası məğlub oldu, istefa verdi
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
QELEBE.AZ xəbər verir ki, "Rizespor"u çalışdıran İlhan Palut postunu tək edib.
49 yaşlı mütəxəssis Super Liqanın 14-cü turunun "Kayserispor"la matçından sonra qərarını açıqlayıb. O, istefa verdiyini bildirib.
Qeyd edək ki, İlhan Palut 2023-cü ilin yayında "Rizespor"un baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Super Liqada 14 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

https://qalaba.az//uploads/photo/komandasi-meglub-oldu-istefa-verdi.webp