Ayxan Abbasov: "Xırda səhvlər bizə baha başa gəldi"

Ayxan Abbasov: "Xırda səhvlər bizə baha başa gəldi"

"Maraqlı və sürətli görüş alındı. Hər iki komandanın azarkeşləri oyuna rəng qatdılar. Futbolçularımdan razı qaldım. Amma təəssüf ki, xırda səhvlər bizə baha başa gəldi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra deyib.

42 yaşlı mütəxəssis qol epizodlarından yararlana bilmədiklərini söyləyib: "3-4 real qol imkanımız olsa da, istifadə edə bilmədik. Deməli, daha çox işləməli, oyun baxımından artırmalıyıq. Bəzi şeylər bizi sevindirir. Məsələn, futbolçularımızda irəliləyiş var. Amma qələbə üçün yetərli deyil. Növbəti oyunlara baxacağıq".

O bildirib ki, rəqibin sürətli hücumları zamanı arxaya qayıtmaqda çətinlik çəkirdilər: "Amma bunlar futbolda normal hallardır. "Sumqayıt" hesabda öndə idi, qapanırdı. Bu cür əks hücumları olmalı idi. Bundan qaçmaq mümkün deyildi. Biz isə komanda şəklində hücuma keçirdik. Futbolçularım 90 dəqiqə bu tempə dözdülər. Hansısa gecikmə, yorğunluq olmadı. Oyunu gücləndirmək üçün taktiki gedişlər etdik".

Abbasov "Sumqayıt"ın "Turan Tovuz"la oyuna daha motivasiyalı çıxması fikri ilə razılaşmayıb: "Hər oyun motivasiya tələb edir. Üstəlik, rəqibə xal və ya xallar lazım idi. Bu gün hər iki komanda yaxşı mübarizə apardı".

Mütəxəssisin sözlərinə görə, aşağı sıralarda gedən komandalarla xal fərqinin azalması psixoloj gərginlik yarada bilər: "Son "beşlik"dəki klublar arasında mübarizə sona qədər gedəcək. Ümumi götürsək, güc nisbəti bərabərdir. Çətin oyunlar qarşıdadır. Ən çox bizə yaxın olan rəqiblərlə matçlarda xal qazanmaq lazımdır".

Baş məşqçi son dəqiqələrdə Şakir Seyidovun qaçırdığı qol epizoduna da toxunub: "Sevindirici haldır ki, futbolçular son ana kimi dayanmadılar. Şakirin epizodundan öncə də 2-3 imkanımız oldu. Bu cür anlarda bir az soyuqqanlı olmaq lazımdır".

O, AFFA İntizam Komitəsinin klubu 5 600 manat cərimələməsinə də münasibət bildirib: "Bizim kimi azbüdcəli klublara belə şeylər çox təsir edir, komandanı çətin vəziyyətə salır. Gərək azarkeşlərimiz də daha diqqətli olsunlar".

Futbol
"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Futbol
Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Futbol
PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

Futbol
FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

FIFA Argentina Futbol Assosiasiyasına qarşı iş açıb

Futbol
Fransalı futbolçu: "Qarabağ"ın səhv addım atacağına ümid edirdik"

Fransalı futbolçu: "Qarabağ"ın səhv addım atacağına ümid edirdik"

Futbol
Konfrans Liqasında dörd polis yaralanıb

Konfrans Liqasında dörd polis yaralanıb

Futbol
“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

Futbol
UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

Futbol
Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb