“Dortmund”un yarımmüdafiəçisi Türkiyə nəhənglərinin radarında

“Dortmund”un yarımmüdafiəçisi Türkiyə nəhənglərinin radarında

Emre Can karyerasını Türkiyədə davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, "Borussiya"nın (Dortmund) üzvü ilə İstanbul nəhəngləri maraqlanır. Söhbət "Qalatasaray", "Beşiktaş" və "Fənərbağça"dan gedir.

31 yaşlı futbolçu bu mövsüm cəmi 8 qarşılaşmada meydana çıxıb. Həm müdafiədə, həm də yarımmüdafidə oynaya bilən Emre bu qarşılaşmalarda 1 qol vurub.

Qeyd edək ki, onun Dortmund təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.