A Seriyası: “Komo” qalib gəldi, “Yuventus” xal itirdi
İtaliya A Seriyasında XVIII turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, günün ilk matçında “Komo” doğma meydanında “Udineze”ni qəbul edib.
Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Turun digər üç oyununda isə heç-heçə qeydə alınıb. “Cenoa” – “Piza”, “Sassuolo” – “Parma” və “Yuventus” – “Leççe” qarşılaşmaları 1:1 hesabı ilə başa çatıb.

https://qalaba.az//uploads/photo/a-seriyasi-komo-qalib-geldi-yuventus-xal-itirdi.webp