Türkiyə Superkuboku: "Qalatasaray" yarımfinalda "Trabzonspor"la qarşılaşacaq - YENİLƏNİR
Bu gün futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, "Qalatasaray" finala gedən yolda "Trabzonspor"la üz-üzə gələcək.
Qaziantep Böyükşəhər Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bu raundun digər görüşü yanvarın 6-da “Fənərbaxça” və “Samsunspor” komandaları arasında gerçəkləşəcək.
Final matçı yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

https://qalaba.az//uploads/photo/turkiye-superkuboku-quotqalatasarayquot-yarimfinalda-quottrabzonsporquotla-qarshilashacaq-yenilenir.webp